Среда, 22.11.2017, 00:25
Главная
Регистрация
Вход
LONELY HEARTS
Приветствую Вас Гость | RSS

Меню сайта
Разделы новостей
MP3 [211]
Proqramlar [2335]
Foto [2]
Mobil Proqramlar [13]
Video [95]
Oyun [17]
TEMA [11]
H.O.S.T ALLIANCE [29]
MARAQLI XEBERLER [47]
SEVGI [26]
Наш опрос
SAYT XOSUNUZA GELIR
Всего ответов: 188
Мини-чат
Главная » 2009 » Март » 13 » Gənc Bir Qızın Həyatı
Gənc Bir Qızın Həyatı
22:22
 
Gənc Bir Qızın Həyatı

Gənc bir qız ağır bir xəstəliyin pəncəsində son günlərini yaşayırdı.Yaralı qəlbi artıq bu dünyada dözə bilmirdi. Qızın çox varlı olan ailəsi bütün qəzetlərə qızın qəlbini sağaldacaq adamı tapmaq üçün e`lan vermişdi. Qızı üçün canını qurban verən birisini axtarırdılar.Çünki, qızın ürəyini dəyişmək lazım idi. Gənc qız isə xəstəxana otağında bir az daha həyatı sönürdü. Yenə xəstəxana otağında yalnız idi. Gözü yaşlı, boynu bükük ölmünü gözləyirdi. Gözlərini bağlayıb bu kiçik otaqda yalnız göz yaşı tökməkdən yorulmuşdu. Yenədə əngəl ola bilmədi bulaq kimi çağlayan gözlərinə. Sevgilisi düşdü yadına, kasıb ama ölüncə sevən sevgilisi. Hər gün eyni şeyləri fikirləşib, keçmiş xatirələrini bir film kimi gözlərinin önünə gətirirdi. "Pulum yoxdu ama sənə verə biləcəyim sevgi dolu bir qəlbim var" demişdi sevdiyi oğlan. Gənc qızda başqa bir şey istəmirdi. Sevgiyə möhtac olan biri, sevdiyinin sevgisində başqa nə istəyə bilərdiki? Ama olmamışdı, dünyalar qədər bir-birilərini sevən sevgililər arasina pul, var dövlət onları ayıra bilmişdi. Ama indidə var dövlətin keçmədiyi bir vaxt gəlmişdi. Nə mənası vardı artıq? Bu son günlərdə sevdiyi oğlan yanında olsaydı heç bu qədər ağlamazdı. Ayrıldıqları gündən indiyə kimi düz 5 il keçmişdi. Ama hər gün həsrət çəkmiş ürəyini kimsə ilə bölməmişdi. Elə həmin vaxt sevdiyini fikirləşdi. Görəsən nələr etmişdi bu müddətində sevdiyi oğlan... Kim bilir bəlkədə evlənmişdi. Gözlərində bir damla yaş daha damladı, qurumuş dodaqlarına, əllərinə baxdı. Bir zamanlar əllərinin sevdiyinin əllərini tutduğunu xəyal edib hər gün saatlarca əllərinə baxırdı. Ən Çox saçlarının tökülməyi onu ağladırdı. Çünki bir zamanlar o saçları sevdiyi oğlan öpmüşdü. Hər gün gözlərindən bir damla yaş axanda qəlbinə san ki, bir ox batırdı. Qəlbi yenə sızlamağa başladı. Bəlkə sevgilsi yanında olsaydı bu qədər yorulub əlvida deməzdi həyata. Qız artıq ölümdən qorxmurdu, sevdiyindən ayrı yaşamağın ölümdən nə fərqi var idi ki, təkrar yenə sevdiyi düşdü yadına. Kaş yanımda olsa dedi gənc qız. Gözlərini son dəfə öpsə, rahatca gözlərini əbədi yuma bilərdi artıq. Yenə gözləri bulaq kimi çağlamağa başladı. Sevdiyini son dəfə görməmiş ölmək istəmirdi. Azda olsa onnan bir xatirə almamış bu dünyadan köçmək istəmirdi. Ama sevdiyi kim bilir kimlərlə bərabər idi, qız öz sevgi dolu qəlbini kimsə ilə bölməmişdi, görəsən oğlan kimlərlə bölmüşdü qəlbini? Onun sevgisini silib atdımı görən qəlbindən?Qızın içi bir tərəfdən nifrətlə doldu. Onu düşünəndə hər dəqiqəsinin hüzünlü keçməsi çətin gəlirdi gənc qıza. Ölmək istədi artıq yaşamaq istəmirdi bu dünyada. Ama sevdiyindən bir xatirə almamiş köçməyəcəyinə and içmişdi gənc qız. Kim bilir bəlkədə sevdiyi oqlan onu unudub artıq. Təkrar gözlərini açdı. Dərin bir düşündü. Birdən qızın atası içəri girdi, və qızına ürəyini vərmək istəyən bir könüllü tapdığını dedi. Qız bu xəbərdən heç sevinmədi. Gözləri artıq yaşla dolmuşdu. Həmin gecə biri gözlərini əbədi yumdu və gənc qız cərrahiyə əməliyatı olundu. Əməliyatdan bir həftə sora qız sağaldı. Ama dünya daha başqa gəlirdi qıza. Sanki nə isə əskik idi həyatında, aradan aylar keçmişdi qız təmiz sağalmamışdır. Ama içindəki həsrət, kövrəklik qurtarmamışdı. Sevdiyi yadına düşəndə ürəyi əvvəlkindən daha çox aqrıyırdı. Bir dəfə görə bilsəydim deyə urəyində danışdı. Qəlbi yenə sızlamağa başladı. Ama nəyə görəsə hər gecə güclənir və onu yuxudan oyadırdı. Qızın dipçəkdə yetişdirdiyi güllər var idiki həmişə onlara danışırdı. Ən çox sevdiyi gül isə qızıl gül idi. Çünki qızıl gülün yeri onun üçün ayrı idi. Çünki o gül qızla gülüb ağlayırdı. Ama qız bu gülü sevgilisinə verəcəyinə and içmişdi. Bu gülü ona görə saxlayırdı, birdən qapıları döyüldü qızın, qız qapını açdı ama heçkəs yox idi qapıda, Birdən gözü yerdəki ağ məktub zərfinə sataşdı, yavaşca gəlib zərfi yerdən götürdü, bu an qəlbi həyəcanla döyünməyə başladı. Nə olduğunu başa düşmürdü qız, Zərfin üzərisində nə ad var idi, nədə adres. Qız zərfi açdı, içində ağ bir kağıza yazılmış məktub çıxdı, qəlbi daha da güclü döyünməyə başladı. Çünki sevdiyi oqlanın qoxusu var idi bu məktubda, başı gicəllənməyə başladı sevdiyi oqlan məktubda belə yazmışdı. Sevgilim səndən ayrılandan sora bir ürəyə iki sevginin sığmayacagını anladım. Səndən sora nə birini sevdim nədə birinə baxdım. Sadəcə həmişə səni sevdim. Sənsiz günlərimin hər biri o birindən daha çətin keçirdi. Hər gün daha çox darıxırdım, sənə bir kitab şe’r yazdım. Hər gün yazdım hər gün oxudum, illərcə ağladım, hər gecə səni düşündüm. Hər gecə sənin yanında olmağı istədim və hər gecə sənsizliyə lənət elədim, yuxuları haram etdim özümə sənsizliyin acığını gözlərimdən aldım və bir gün hər şeyi dəyişdirəcək bir fürsət düşdü əlimə. Bunu fürsət hesab etməyib özümə haksızlıq edə bilmədim, və bu fürsət məni səndən çox uzaqlara apardı. Mən səndən çox uzaqlara getdim, dedim bəlkə səni unudaram, ama tam tərsi oldu. Səndən uzaqlardaydım ama səni görmək üçün uzaqlardan səni görməyə gəldim. Həmdə hər gecə gəlirdim. Gəlib sənə baxardım, səni sevirəm və əyilib hər gecə yanağından öpərdim. Sən isə hər gecə gözlərini açıb baxarkən gəldiyimi zənn edirdin, ama məni görməyib təkrarən yuxuya gedirdin. Sabah bir-birimizin sevməyin altinci il dönümüdü. Həmişə mən gəldim sənin yanına sabah da sən gəl sevgilim. Sənin hər dəfə qəlbin döyünərək ağrayanda mən sənin yanında olurdum. Ama birdə unutmamış deyim ki, sinəndə daşıdığın qəlb mənim. Qəlbimə yaxşı bax, çün ki, göz yaşlarımla adını yazdım ora. Səni səndən çox sevən bir sevgi var qəlbinin içində. Gələndə qızıl gülüdə yaddan çıxartma. Səni sevirəm yanıma gələnə qədərdə sevəcəm sevgilim. Bu sözləri oxuyandan sora qız sinəsində daşıdığı ürəyin sevdiyi oqlana aid olduğunu və əməliyatından çıxanda gördüyü üzü bağlı cansız öz ürəyini qıza verən sevgilisi olduğunu başa düşdü. Elə həmin vaxt qız ölüm yuxusuna getdi. Aradan 20 il keçdi ama ürəyi döyünsədə qız ölüm yuxusunda xəstəxanada yatır, sonsuza qədər yatacaq
Категория: SEVGI | Просмотров: 432 | Добавил: aslan | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Календарь новостей
«  Март 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Поиск
Друзья сайта
 

Статистика

SAYTDA 1
QONAQ 1
ISTIFADECI 0

| Copyright MyCorp © 2017 | |