Afrika və Ərəb ölkələrində kiçik qızların yaşlı kişilərlə evləndirilməsi olduqca məşhur. Ancaq bu dəfə müasir həyatın simvolu olaraq bilinən Avropa Birliyi sərhədləri içində bir uşaq evliliyi reallaşdı. Kürəkən hələ 6 yaşında gəlin isə 4 yaşında. Bu evlilikdə qızın ailəsi cibə 12 min avro endirməyi də təbii ki bacardı. Ruminiyanın Sibiu bölgəsində maraqlı bir evlilik reallaşdı. Yaşıdları velosiped arxasında qaçarkən onlar ailələri tərəfindən zorla evləndirildi.6 yaşındakı nəvəsini Victoru 4 yaşındakı Maria ilə evləndirən 47 yaşındakı Traian Caldararu, evliliyi hələlik öz ənənələrinə görə etdiklərini, Maria 16 yaşına girdiyində isə rəsmi nigah qıyacaqlarını söylədi.Kürəkənin ailəsi 10 min eura başlıq pulu ödədi, 2 min eurodan çoxda gəlin üçün xərc etdi. Əgər uşaqlar irəlidə boşanmaya qərar versələr dövrəyə cəmiyyətin bərk qaydaları çıxır. Kürəkənin atası yeni gəlin üçün yenə yüklü bir başlıq pulu tapmaq məcburiyyətində. Gəlinə isə boşandığı üçün çox yaxşı gözlə baxılmayacaq və yeni bir ər tapması haradasa qeyri-mümkün olacaq. Körpəliklərini birlikdə keçirən Victor ilə Maria hələlik evləndikləri üçün xoşbəxt görünürlər.Əgər uşaqlar irəlidə boşanmaya qərar versələr kürəkənin atası yeni gəlin üçün yenə yüklü bir başlıq pulu tapmaq məcburiyyətində. Gəlinə isə boşandığı üçün ənənələr səbəbi ilə yeni bir ər tapması haradasa qeyri-mümkün olacaq.