Главная » 2009 » Март » 12 » Zorlamada ittiham olunan VUQAR AGAKISIEVE 8 IL CEZA VERDILER
Zorlamada ittiham olunan VUQAR AGAKISIEVE 8 IL CEZA VERDILER
09:54
Zorlamada ittiham olunan Vüqar Ağakişiyev 8 il cəza verildi.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ATV telekanalında yayımlanan “Qəfəs-2” televiziya layihəsinin iştirakçısı, 1978-ci il təvəllüdlü Vüqar Ağakişiyevin məhkəməsi başa çatıb. Qeyd edək ki, Vüqar Ağakişiyev Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham olunub. İttihama görə, əvvəllər də məhkum olunmuş Vüqar Ağakişiyev 2008-ci ilin əvvəllərində Ülviyyə (zərərçəkmişin adı şərti verilib) adlı qızla tanış olub. Vüqar həmin qızı ailəsi ilə tanış etmək bəhanəsi ilə kirayə tutduğu evə gətirib. Evdə heç kimin olmadığını görən qız getmək istəyəndə, Vüqar onu amansızcasına döyüb və sonra zorlayıb. Qeyd edək ki, Vüqar Ağakişiyev ilk dəfə 2002-ci ildə keçmiş həyat yoldaşı Aynura qarşı etdiyi işgəncələrə görə məhkum olunub. Məhkəmənin hökmü ilə Vüqar Ağakişiyev 8 il müddətinə azadlıq dan məhrum edilib.