Главная » 2009 » Март » 12 » Öpüş üzrə yeni dünya rekordu qeydə alınıb
Öpüş üzrə yeni dünya rekordu qeydə alınıb
10:18
Sevgililər günü münasibəti ilə Meksikanın paytaxtı Mexikoda öpüş üzrə yeni dünya rekordu qeydə alınıb.Fox.az - in məlumatina görə, paytaxtın əsas meydanı Sokaloda eyni anda 39 min 898 nəfər öpüşüb. Bu, daha əvvəl ən kütləvi öpüş faktı kimi Londonda qeydə alınan rekordda olduğundan 7 min 249 nəfər çox adam deməkdir. Qeyd edək ki, Meksikanın yeni öpüş rekordu yalnız üçüncü cəhddə- ölkənin tanınmış estrada ulduzu Visente Fernandesi səhnəyə çağırandan sonra alınıb. Müğənninin ifası 10 mindən artıq fanatı meydana cəlb edə bilib. Məhz həmin pərəstişkarların aktivliyi nəticəsində ingilislərin rekordu yenilənib. Aksiya "Zorakılıqsız sevgi: Məni bərk-bərk öp!" şüarıyla keçirilib. 18 yaşlı meksikalı Felipe jurnalistlərə açıqlamasında bildirib ki, "biz bu aksiyaya ona görə qoşulduq ki, ölkəmizdə şər və nifrət daha az, sevgi isə daha bol olsun".